Seyidmahmudlu

SeyidmahmudluAzərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd.[1]

Seyidmahmudlu
39°36′22″ şm. e. 47°12′52″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Seyidmahmudlu xəritədə
Seyidmahmudlu
Seyidmahmudlu

Seyidmahmudlu oymağı Cavanşir elinin qoludur. 1727-ci ilə bağlı Osmanlı qaynağında Seyidmahmudlu oymağı ilə əlaqəli məlumat var. Cavanşir tayfasının Seyid Mahmudlu oymağı Bu oymaq Arazbar sancağında qışlayır, Naxçıvan sancağında, Sisyan adlı yerdə yaylayır, Dizaq nahiyəsində, Gülbar adlı arxın kənarında əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq saHibinə verir. Oymağın gəliri 39.000 ağça idi. XVIII yüzilin önlərində Seyidmahmudlu oymağının başçısı Lütfəli ağa Heydərxan oğlu idi. Seyidmahmudlu obası Seyidmahmudlu oymağından yaranıb. Seyidmahmudlu obası XVIII yüzilin ikinci yarısında yaranıb. Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. 1823-cü ildə Seyidmahmudlu obasında dövlətə vergi ödəyən 11 tüstü qərar tuturdu. Vergi ödəməyənlər: Məhəmməd yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, təliqəsiz məaf 1 tüstü, molla 1 tüstü, çavuş 1 tüstü, kasıb və yetimlər 7 tüstü. 1842-ci ildə Seyidmahmudlu obasında 27 tüstü vardı. 1849-cu ildə Seyidmahmudlu obası 36 tüstü dövlət kəndlisindən, və Cəfərqulu xan Cavanşirə bağlı 1 tüstü mülkədar rəiyyətindən ibarət idi. Obada 8 tüstü bəy ailəsi saHibkarlıqla məşğul olurdu. 1886-cı ildə Seyidmahmudlu obasında 68 tüstü yaşam sürürdü. 2020-ci il noyabr ayının 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir

Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi seyidmahmudlu nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Ənvər Çingizoğlu, Seyidmahmudlu obası, "Soy" dərgisi, 9 (17), 2008, səh.105.
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427