Topal Mehmed Paşa

Vikipediya saytından
TgrlBot (müzakirə | töhfələr) (→‎top: şablon parametrləri) tərəfindən edilmiş 12:10, 26 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Topal Mehmed Paşa
ƏvvəlkiSeydi Əhməd Paşa
SonrakıÇavuşzadə Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Saqqız adası, Osmanlı imperiyası

Topal Mehmed Paşa (ö. 1659) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]

Doğum tarixi və əsli barədə məlumat yoxdur. Bəylərdən olub, 1649-cu ildə Həmid sancaqbəyi tyəin edildi. Ancaq həmin ilin sonlarında Abxaz Həsən üsyanına qoşuldu. Bir il sonra itaət edərək 1651-ci ilin dekabrında Konya bəylərbəyi, sonra Sivas, Axısqa, Çıldır və vəzirliklə Temeşvar sancaqbəyliyinə gətirildi. 12 dekabr 1656-cı ildə kaptan-ı dərya olsa da, 1657-ci ilin dekabrında Saqqız adasının mühafizəsi ilə vəzifələndirildi. Ancaq bölgədəki özbaşınalığı və zülmkarlığı səbəbilə 1659-cu ildə Körpülü Mehmed Paşa tərəfindən edam edilərək cəzalandırıldı.

  • Sicill-i Osmani IV, səh. 49.
  1. Sicill-i Osmani IV, səh. 49.