Topal Kənan Paşa (v. 16 fevral 1659, Hələb) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]
Topal Kənan Paşa | |
---|---|
osman. سارى كنعان پاشا | |
3 may 1656 – 13 iyul 1656 | |
Əvvəlki | Firari Mustafa Paşa |
Sonrakı | Topal Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 16 fevral 1659 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, dənizçi[d] |
Həyat yoldaşı | Atikə Sultan |
Rütbəsi | Admiral |
Doğum tarixi məlum deyil. Əslən rus olub, Misir bəylərbəyi Qara Əhməd Paşanın kölələrindəndir. Ardından paşanın silahdarı olaraq saraya alındı. IV Murad dönəmində saraya alınaraq müxtəlif vəzifələrdə xidmət etdi. Sultan İbrahim dönəminin sonlarında vəzirliyə yüksələrək padşah müsahibi oldu və Sultan İbrahimin azyaşlı qızlarından Atikə Sultanla nikahlandı. 1653-cü ildə Budin hakimi və 1656-cı ilin yanvarında Silistrə sancaqbəyi oldu. Həmin ilin mayında kaptan-ı dəryalığa təyin olunsa da, tədbirsiz hərəkətləri səbəbilə 13 iyul 1656-cı ildə vəzifədən alındı. Rütbəsi aşağı salındı və 1658-ci ilin iyulunda riqabdar oldu. Ancaq bu vəzifədən də alındı. Bütün bunlardan sonra Abxaz Həsən Paşa üsyanına qoşuldu. 16 fevral 1659-cu ildə vəfat etdi.