Seydi Əhməd Paşa

Seydi Əhməd Paşa (ö. 12 dekabr 1656) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]

Seydi Əhməd Paşa
ƏvvəlkiTopal Kənan Paşa
SonrakıTopal Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Uşağı Mehmed Paşa

Doğum tarixi məlum deyil. Qara Əhməd Paşanın çərkəz kölələrindəndir. At minməkdə mahir olub, bir dəfə saray ağalarından birinin ölümünə səbəb olmuş, bu səbəblə saraydan qovulmuşdur. Ardından bağışlanaraq Maraş bəylərbəyi, 1655-ci ildə vəzir rütbəsiylə Anadolu bəylərbəyi təyin edildi. Ancaq həmin ilin aprelində vəzifədən alındı və öncə Hələb, ardından aprel ayında Sivas, 1656-cı ildə isə Silistirəyə təyin olundu. 13 iyul 1656-cı ildə kaptan-ı dərya oldu ancaq bilinməyən səbəblə 12 dekabr 1656-cı ildə edam edildi. Oğullarından Mehmed Paşa da özü kimi kaptan-ı dərya olmuş, vəzirliyə qədər yüksəlmişdir.

  • Sicill-i Osmani I, səh. 233.
  1. Sicill-i Osmani I, səh. 233.