Seydizadə Mehmed Paşa

Seydizadə Mehmed Paşa (ö. 1684) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]

Seydizadə Mehmed Paşa
ƏvvəlkiƏli Paşa
SonrakıQara İbrahim Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Budin, Osmanlı imperiyası
Atası Seydi Əhməd Paşa

Doğum tarixi məlum deyil. IV Mehmed səltənətinin kaptan-ı dəryalarından Seydi Əhməd Paşanın oğludur. Bu səbəblə bir çox tarixi mənbədə Seydizadə olaraq anılır. Sürətlə yüksələrək sancaqbəyi, ardından 1671-ci ildə vəzir rütbəsiylə Rumeli bəylərbəyi oldu. Bir neçə il bu vəzifədə qaldıqdan sonra 1676-cı ilin yanvarında kaptan-ı dərya oldu. Ardından 13 noyabr 1677-ci ildə vəzifədən alınaraq Niğdə sancaqbəyi oldu. 1678-ci ildə ikinci dəfə Rumeli bəylərbəyliyinə yüksəldi. Daha sonra Timeşvar, 1681-ci ildə Yanova, 1682-ci ildə Kanije, 1683-cü ildə isə yenidən Yanova qalasının mühafizəsi ilə vəzifələndirildi. Ancaq 1684-cü ildə Budin yaxınlığında gedən çatışmalarda şəhid düşdü.

  • Sicill-i Osmani IV, səh. 44.
  1. Sicill-i Osmani IV, səh. 44.