Qızılca Dövlət Təbiət Yasaqlığı

Vikipediya saytından
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 22:05, 14 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Qızılca Dövlət Təbiət Yasaqlığı1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır.

Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan kimi heyvanlar qorunur.Respublika ərazisinin 0.006%-nə, yasaqlıqların ümumi ərazisinin isə 2.1%-nə bərabərdir. Ərazi 1500-2000m hündürlükdə yerləşir; dağ sistemləri dərin dərələrlə parçalanmışdır.

Yasaqlığın ərazisində bir neçə kiçik çay vardır. Bu çaylar orta axım zonasına aid olub, hər kvadrat kilometr ərazidə 10-15l/san su axıdır. Onların qidalanmasının 50%-i qrunt, 30%-i qar, 20%-i isə yağış suları hesabınadır; çayların maksimum su axıtma dövrü aprel-iyun aylarına təsadüf edir.

Ərazidə meşə və meşə altından çıxmış dağ-bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələsdir. Fıstıq meşələri 1340, vələs meşələri 1240, palıd meşələri isə 900 ha ərazini əhatə edir, seyrək meşəliklər 307 hektar sahədə yayılmışdır. Ərazidə meşəsiz sahələr 502 ha çatır. Meşələrdə, həmçinin, ağcaqayın, göyrüş, müxtəlif meyvə ağac cinsləri, onlarla dərman bitkiləri, endemik bitkilər geniş yayılmışdır.

Burada cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanla, müxtəlif quşlar qorunur.[1]

  1. "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]