Naxçıvan radiosu

Vikipediya saytından
Nemoralis (müzakirə | töhfələr) (tənzimləmə) tərəfindən edilmiş 11:34, 27 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Naxçıvan RadiosuNaxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən dövlət radiosu.

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır.

Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır.

1 aprel 2021-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Naxçıvan Radiosu gün ərzində 16 saat yayımda olur. Radio FM radio, DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]