Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan MR-nın Kəngərli rayonunda muzey[1] Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli, 33–03/S nömrəli Sərəncamı ilə yaradılmışdır[2]. Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində yerləşir.[3]
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Mövzu | Tarix |
Kolleksiyası | 1500 eksponat |
Muzeyə yetişmək | Qıvraq, Kəngərli, AZ7403 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
1500-dən çox maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. Ekspozisiya zalı, fond və iş otaqlarından ibarət olan muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır.[4] Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunmuş daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Muzeyin ekspozisiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə vardır.[5]