Albaniyada kənd təsərrüfatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Albaniyada kənd təsərrüfatıAlbaniya iqtisadiyyatının aparıcı sahələrindən biri[1].

Mövcud vəziyyəti

Albaniyanın kənd təsərrüfatı ölkənin daxili tələbatını ödəmir[1]. Xüsusilə də 2000-ci illərin əvvəlində sovxoz və kolxozlar ləğv olunduqdan, torpaq və avadanlıq özəlləşdiriləndən sonra torpaq sahələrinin xırda sahələrə bölünməsi və avadanlıq çatışmazlığı kənd təsərrüfatındakı səmərəni daha da azaltmışdır[1].

Torpaqları

Ölkə ərazisinin 21%-ini suvarılan torpaqlar, 15%-ini otlaqlar tutur[1].

Əkinçilik

Əsas kənd təsərrüfatı bitkiləri buğda və qarğıdalıdır[1]. Suvarılan torpaqların yarısında taxıl əkilir[1].

Zeytun və sitrus plantasiyaları

Darı, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, meyvə, üzüm, zeytun da becərilir[1].

Bu sahədə əsas problemlərdən biri quraqlıqdır ki, o da əkinçiliyə ciddi ziyan vurur[1]. Əkilən sahələrin yalnız yarıya qədəri suvarılır[1].

Heyvandarlıq

Albaniyada qoyunçuluq

Heyvandarlıqda başlıca ənənəvi sahə qoyunçuluqdur[1]. 2002-ci ildə bu ölkədə 1,4 milyon başdan çox qoyun qeydə alınmışdır[1].

Yük heyvanları – at, uzunqulaq saxlanılır[1].

Ölkənin cənubunda ətlik-südlük, şimal və şərqində isə dağ-otlaq heyvandarlığı üstünlük təşkil edir[1].

Quşçuluq

2002-ci ildə bu ölkədə 4,1 milyon baş ev quşları qeydə alınmışdır[1].

Balıqçılıq

Adriatik dənizinin sahil sularında balıqçılıq inkişaf etdirilir[1].

Meşə təsərrüfatı

Albaniyada torpaqlar kötük hazırlanması üçün uyğun bir iqlimə sahibdir. Lakin Albaniyanın tarixi meşələrinin bir çoxu 1990-cı illərdə səmərəsiz taxta sənayesi və kənd təsərrüfatı sahələrinin genişləndirilməsi nəticəsində dağıdıldı. Hazırda Albaniyanın torpaq sahələrinin təxminən 1/3-i meşə sahələri ilə örtülüdür. İtaliya və Dünya Bankı ilə imzalanmış bir anlaşmaya görə meşələrin bərpasına böyük məbləğdə vəsait ayrılmışdır.

ÜDM-də payı

2003-cü ildə Albaniyada kənd təsərrüfatının Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur[1].

Beynəlxalq reytinqlər

2014-cü ilin yekunlarına əsasən Albaniyanın bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında dünya üzrə mövqeyi aşağıdakı cədvəldə göstərilmişdir:

Məhsul (ümumi istehsalı) Yer İstehsalçı ölkələrin ümumi sayı
Ərikgöyəm[2] 31 85
Üzüms[3] 36 90
Qarpız[4] 40 130
Meyvə[5] 98 205
Əncir[6] 11 52
Xiyar[7] 39 133
Pomidor[8] 56 170
Tərəvəz[9] 72 200

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 297. ISBN 978-9952-441-02-4.
  2. "Plums and sloes, production quantity (tons) - for all countries" (English). 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  3. "Grapes, production quantity (tons) - for all countries" (English). 2013-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  4. "Watermelons, production quantity (tons) - for all countries" (English). 2013-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  5. "Fruits without melons, total, production quantity (tons) - for all countries". factfish.com (English). 2013-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  6. "Figs, production quantity (tons) - for all countries". factfish.com (English). 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  7. "Cucumbers and gherkins, production quantity (tons) - for all countries". factfish.com (English). 2013-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  8. "Tomatoes, production quantity (tons) - for all countries". factfish.com (English). 2017-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
  9. "Vegetables and melons, total, production quantity (tons) - for all countries". factfish.com (English). 2019-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.

Xarici keçidlər