Aluiziu Azevedu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aluiziu Azevedu
Doğum adı Aluísio Tancredo Belo Gonçalves de Azevedo
Doğum tarixi 14 aprel 1857(1857-04-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 yanvar 1913(1913-01-21)[1][2][…] (55 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti yazıçı, diplomat, jurnalist, roman yazıçısı, hekayə yazıçısı[d], salnaməçi, karikaturçu, boyakar[d], rəssam, dramaturq
İstiqamət realizm, naturalism[2]
Vikimənbənin loqosu Aluiziu Azevedu Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu (port. Aluísio Tancredo Belo Gonçalves de Azevedo; 14 aprel 1857[1][2][…], San-Luis[d][2]21 yanvar 1913[1][2][…], Buenos-Ayres[2]) — Braziliya yazıçısı, karikaturaçısı, diplomatı, dramaturqy və hekayə yazıçısı. O, Artur Azevedunun qardaşıdır. Azevedunun "Mulat", "Xarabalıq", "Pansion", "Kişi" romanları XIX əsrin sonlarında Braziliyadakı sosial həyatın geniş panoramasını təşkil edir.[3]

Həyatı

Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu 14 avqust 1857-ci ildə Braziliyanın San-Luis şəhərində anadan olmuşdur. Gəncliyində səyyar satıcı işləmiş Azevedu uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərirdi. O, 1876-cı ildə universitetdə rəssamlıq təhsili almaq üçün Rio-de-Janeyroya getmiş və oranı bitirdikdən sonra "O Figaro", "O Mequetrefe", "Zig-Zag" və "A Semana Ilustrada" kimi bir sıra qəzet və jurnallarda karikaturaçı kimi çalışmışdır. Azevedu 1887-ci ildə atasının ölümündən sonra ailəsinin qayğısına qalmaq üçün San-Luis şəhərinə qayıtmağa məcbur qalmışdır. Təxminən eyni vaxtda o, 1880-ci ildə ilk romanı "Uma Lágrima de Mulher"i nəşr etdirərək yazıçılıq karyerasına başlamışdır. Əslində romantik olan Azevedu sonralar naturalizm hərəkatına qoşulmuşdur. O, 1881-ci ildə "O Mulato" romanını nəşr etdirərək Braziliyada naturalizm hərəkatının nümayəndəsi kimi çıxış etmişdir. O, iki il ərzində kifayət qədər pul yığaraq Rioya qayıtmış və 1882–1895-ci illərdə fəal şəkildə əsər ərsəyə gətirmişdir. O, romanlarında antiklerikalabolitionist fikirlərlə çıxış etmişdir. Azevedu 1895-ci ildə diplomatik xidmətə girərək İspaniya, Yaponiya, Birləşmiş Krallıq, İtaliyaArgentinada işləmişdir. O, 21 yanvar 1913-cü ildə Argentinanın Buenos-Ayres şəhərində vəfat etmişdir.

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 9 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 194. ISBN 978-2-221-06888-5
  3. Энциклопедический словарь. 2009. АЗЕВЕДУ Алуизиу де.

Xarici keçidlər