Aratlı Curuğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aratlı Curuğlu
40°30′ şm. e. 48°25′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aratlı Curuğlu xəritədə
Aratlı Curuğlu
Aratlı Curuğlu

Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır.[2]

Tarixi

Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.[3][4]

Coğrafiya

Aratlı Curuğlu kəndi Ağsudan 9 km cənub, Bakıdan 166 km qərb istiqamətində yerləşir.

Din

Kənddə Arat–Cuxurlu kənd məscidi dini icması fəaliyyət göstərir[5].

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  3. "Ağsunun tarixi səhifələri". Bakı, "Adiloğlu", 2001, 94 səh. (az.)
  4. Aratlı Curuğlu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 58. ISBN 978-9952-34-155-3.
  5. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax