Qaraqoyunlu — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.[2]
Qaraqoyunlu | |
---|---|
40°32′44″ şm. e. 48°18′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 111 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0623[1] |
Şirvan düzündədir. Oykonim azərbaycanların etnogenezində iştirak etmiş qaraqoyunlu tayfasının adı ilə bağlıdır. Qaraqoyunlular türkdilli tayfa birləşməsidir. Bayraqlarında qara qoyun şəkli olduğuna görə belə adlanırdılar. XV əsrin axırlarında qaraqoyunluların bir hissəsi qızılbaş tayfalarının tərkibinə daxil oldular. XV-XVI əsrlərdə baharlı, qaramanlı, düyərli, alpout, hacılı, cəyirli, bayramlı və b. tayfalardan ibarət idilər.[3]
Kənd ərazisində tarixi iki tarixi memarlıq abidəsi yerləşir: Ağ günbəz və Qırmızı günbəz.
Ağ günbəzin divarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidə hicri 1327-ci ildə (1909) tikilmişdir. Qırmızı günbəzin tarixi daha qədimdir. Abidə hicri 1286-cı ildə (1869-1870) inşa olunmuşdur. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində inşa edilmişdir.[4]
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |