Ərəbsarvan — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbsarvan kənd inzibati ərazi dairəsində kənd.[1]
Ərəbsarvan | |
---|---|
40°32′27″ şm. e. 48°13′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 87 m |
Saat qurşağı | |
Yuxarı Şirvan kanalından 4 km. aralı, Şirvan düzündə yerləşir. Toponim ərəb və sarvan (dəvə saxlayan, dəvəçi) sözlərindən yaranmışdır, "dəvə saxlayan ərəblər" mənasındadır. Ərəbsarvan eyni zamanda keçmişdə dəvəçiliklə məşğul olmuş ərəb mənşəli kicik icmalardan birinin adı olmuşdur[2].
Ərəbsarvan rayon mərkəzindən 23 km. Qərbdə, Ağsu–Kürdəmir şose yolundan 9 km. Yuxarı Şirvan kanalından 4 km. aralı, Girdmançayın Sarvan qolunun şimalında yerləşir. Şirvan düzündədir. Əhalisi 700 nəfərə yaxındır. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, meyvəçiliklə məşğuldur. Kənd bələdiyyəsi 1999-cu ildən fəaliyyət göstərir. Kənddə əsas məktəb, kitabxana var.
Akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" adlı monoqrafiyasında VII əsrdə Şərq-Qərb karvan yolları üzərində salınmış yaşayış məntəqələri sırasında Ərəbsarvan kəndinin də adı çəkilir. Arxeoloqlar tərəfindən kəndin Şimal ərazisində yerləşən Torpaq Qalada (hazırda Bəyimli qalası adlanır) qədim Alban şəhərinin qalıqları aşkar edilmişdir.
Kəndin cənub hissəsində, Girdmançayın Sarvan qolunun yuxarı sahilində qədim yaşayış məntəqələrinin qalıqları mövcuddur.
Ərəbsarvan kəndinin gözəl təhsil ənənələri var. Kənd məktəbi 1912-ci ildə məşhur din xadimi, maarifçi Molla Qubad Gərayzadənin təşəbbüsü ilə onun evində yaradılıb və ibtidai təhsil ocağı kimi rəsmi fəaliyyətə başlayıb. Sonradan 7-illik məktəbə çevrilib. 1972-1973-cü dərs ilindən tanınmış pedaqoq mərhum Talıb Mahmudovun səyləri ilə orta məktəb statusu qazanıb. Lakin ötən əsrin 90-cı illərində baxımsızlıq üzündən məktəbin maddi-texniki bazası demək olar ki, tamamilə dağılıb. Hazırda əsas məktəb kimi yarıtmaz fəaliyyət göstərir.
2012-ci ildə Ərəbsarvan məktəbinin 100 yaşı tamam olacaq. Bu illər ərzində məktəbi yüzlərlə məzun bitirib. Onlardan bir çoxunun səsi dünyanın məşhur elm-təhsil ocaqlarından, Amerika, Avropa və Asiyanın qabaqcıl ölkələrindən gəlir. Məktəbin məzunları arasında tanınmış elm fədailəri, II Dünya müharibəsi qəhrəmanları, yüksək rütbəli hərbçilər, ədəbiyyat xadimləri, jurnalistlər, xeyli sayda ali və orta ixtisas təhsilli görkəmli ziyalılar var.
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |