Çiyni (Ağsu)

ÇiyniAzərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Çiyni kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Çiyni
40°31′ şm. e. 48°15′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çiyni xəritədə
Çiyni
Çiyni

Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir) 200-250 illik tarixi vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Şirvan düzündə, Ağsu-Kürdəmir magistiral yolunun 12 km-liyində, yoldan 5–6 km aralıda yerləşir.

Əhalisi 1100 nəfərdir, kənddə 220 ev var.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və maldarlıq təşkil edir. Bundan başqa kənddə taxılçılıq, tərəvəzçilik və meyvəçilik də inkişaf etmişdir.

Kənddə mədəniyyət evi və park var.

Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Kənddə Çiyni kənd məscidi dini icması fəaliyyət göstərir.[3]

Kənddə tibb məntəqəsi mövcuddur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az  (az.)