Qasımbəyli (Ağsu)

QasımbəyliAzərbaycan Respublikasının Ağsu rayonunun Ərəbmehdibəy kənd inzibati ərazi dairəsində kənd.[1]

Qasımbəyli
40°32′ şm. e. 48°12′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağsu rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qasımbəyli xəritədə
Qasımbəyli
Qasımbəyli

Şirvan düzündədir. XIX əsrin əvvəllərində Şirvan xanlığında mülkədar Qasını bəyə məxsus 15 kənddən birinin adıdır. Kəndin ilk sakinləri ona məxsus rəiyyət olduğuna görə məntəqə də onun Qasımbəyin adı ilə adlanmışdır. Toponim “Qasım bəyə məxsus kənd” mənasındadır. Qeyd edək ki, Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində, Goranboy r-nunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir[2].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cilddə. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. II cild səh.42