Ləngəbiz (Ağsu)

LəngəbizAzərbaycan Respublikasının Ağsu rayonunun Ləngəbiz kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Ləngəbiz kəndi Qəşəd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ləngəbiz kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Ləngəbiz
40°28′44″ şm. e. 48°34′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 180 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ləngəbiz xəritədə
Ləngəbiz
Ləngəbiz

Ləngəbiz oykoniminə Şirvan ərazisində həm də oronim (dağ adı) kimi rast gəlinir. Ləngəbiz kəndi XIX əsrin əvvəllərində Şirvan əyalətinin Qoşun mahalına daxil olmuşdur. 1824-cü il sənədlərində Ləngəbiz kəndinin 30 ailəlik nüfuza malik olduğu qeyd edilir. Ləngəbiz oykonimi bəzi mənbələrdə Lanqobaz kimi yazılır.[3]

1886-cı ildə Cənubi Qafqaz əhalisinin göstəricilərinin qeyd olunduğu statistik məlumatlarda kənd əhalisinin sayı, etnik tərkibi və konfessionl tərkibi haqqında da məlumatlar yer alıb. Bu məlumatlara əsasən Vakı quberniyasının, Şamaxı qəzasının, Ləngəbiz Qəbristan sahəsində ümumilikdə 86 ev və 600 ( 333 kişi və 267 qadın) sakin qeydə alınmışdır. Kənd əhalisi sünni məzhəbində olan türklərdən ibarətdir. Onlardan 15 nəfəri bəy, 12 nəfəri ruhani, 573 nəfəri isə kəndlilərdir.

1921-ci ilə aid Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının materiallarına əasən Ləngəbiz kəndi, Bico, Alpaut kəndləri ilə birlikə Şamaxı qəzasının Ləngəbizz kənd cəmiyyətini formalaşdırırdılar. Ləngəbizdə 398 nəfər yaşayırdı və burada 89 təsərrüfat mövcud idi. Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi.

1933-cü ildə hazılranmış "ASSR-nin inzibati bölgüsü" nəşrinin materiallarına əsasən, ASSR-nın Xalq Təsərrüfatı İdarəsinin 1 yanvar 1933-cü il hesabatında Şamaxı rayonunun Ləngəbiz kəndində 526 nəfər sakin, 124 təsərrüfat qeydə alınmıdır. Sakinlərdən 289-u kişi, 237-i isə qadın idi. Eyni adlı kənd sovetində əhalinin milli tərkibi 100% Azərbaycan türklərindən ibarət olub.

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]

Kənddə azərbaycanlı publisist, şair və ixtisasca polis olan Şahməmməd Şahməmmədov anadan olub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  3. V.H. Əliyev, F.S.Xəlilov. Ağsunun tarixi səhifələri (PDF). 2001. Adiloğlu nəşriyyatı. səh. 48.