Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır.[1]
Aratlı Curuğlu | |
---|---|
40°30′ şm. e. 48°25′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Aratlı Curuğlu Ağsu rayonunun Ərəbuşağı inzibati ərazi vahidində kənd. Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus-Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.[2][3]
Aratlı Curuğlu kəndi Ağsudan 9 km cənub, Bakıdan 166 km qərb istiqamətində yerləşir.
Kənddə Arat-Cuxurlu kənd məscidi dini icması fəaliyyət göstərir[4].