Rəhimağalı — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Rəhimağalı | |
---|---|
40°30′51″ şm. e. 48°24′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Digər | |
Rəhimağalı kəndi | |
Keçmişdə kənd həm də Eldəlləkli adlanırdı.Rəhim ağa orada məskunlaşan ailələrin başçısı idi. XIX əsrin ortalarında Cavad qəzasında yaşamış 67 ailədən ibarət obanın məskunlaşması nəticəsində yaranmışdır.
Əhali əsasən maldarlıq və əkinçiliklə məşğuldur.Əvvəllər isə kəndin ərazisinə üzümçülük və pambıqçılıq sahələri əkilsədə sonradan kolxozçuluğun zəifləməsi bu sahədə kəndə mənfi cəhətdən öz təsirini göstərdi.Bundan sonra kənd bələdiyyəsi torpaqları əhali arasında bölüşdürərək onların taxılçılıq və digər əkinçiliklə məşğul olmasına şərait yaratdı.
Şıxəliyev Səfər Qubat oğlu - 20.11.1920-ci ildə Ağsu rayonu Rəhimağalı kəndində anadan olmuşdur. Tarix müəllimi, Baş müəllim, Direktor işləmişdir (50-ilə yaxın gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olmuşdur). Böyük Vətən Müharibəsində göstərdiyi igidliyə görə "Şöhrət" ordeni, "İgidliyə görə" medalı və s. medal, ordenlərlə təltif olunmuşdur. "Hünər" qəzetində Böyük Vətən Müharibəsində keçdiyi döyüş yolu haqqında öz müsahibəsi çap olunmuşdur.
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |