Berikaoba

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
SSRİ möhürlü Gürcüstan Milli Maska Teatrı , 1991 il

Berikaoba (gürc. ბერიკაობა) — improvizasiya əsasında yaradılan Gürcüstan Milli Maska Teatrı. Adı iki hissədən ibarətdir: berika — maska teatrının aktyoru və -oba — son şəkilçi, hərəkəti bildirir.

Yaranması

Berikaobanın yaranması bolluq və dirçəliş pagan festivalı, tanrılar Kviria və Telef dini ilə əlaqələndirilir. Tarixi qədim dövrlərdən başlayıb[1].

Tamaşalar

Berikaoba. Tbilisinin Barataşvili küçəsində heykəltaraşlıq qrupu. (heykəltaraş Avtandil Monaselidze, 1981 il)

Teatrın tamaşaları imvrovizasiya olmasına baxmayaraq, hərəkətlər 17-ci əsrdən əvvəl formalaşmış yüzdən artıq ssenariyə əsaslanırdı. Onların xarakteri erotik eskizlərdən ictimai etiraz və cari siyasi satira qədər yayılmışdır[2][3].

Berikaoba ənənəvi maskaları bunlardır: bəy, gəlin, çarşı, hakim, həkim, pop, qab, keçi, ayı və s. başlanğıcda bütün rollar kişilər tərəfindən ifa edilmişdir, lakin sonradan qadınlar və yeniyetmələr cəlb olundular.

İstinadlar

  1. Театральная энциклопедия. Том 1 / Глав. ред. С. С. Мокульский — М.: Советская энциклопедия, 1961. — 1214 стр., тир. 43000 экз.
  2. Strelkova, Ruso Georgia’s pagan carnivals cherish fertility // Georgia Today, April 4, 2008.
  3. Rice, Timothy, Porter, James & Goertzen The Garland Encyclopedia of World Music: Europe, Chris (2000), vol. 8, p. 834. Garland Publishing, ISBN 0-8240-6034-2

Xarici keçidlər