Sofiko Çiaurelinin heykəli – Gürcüstan aktrisası Sofiko Çiaurelinin (1937-2008) xatirəsini əbədiləşdirmək üçün Tbilisinin Qədim şəhər rayonundakı Sioni bağında ucaldılmış bürünc heykəllər qrupudur.
Sofiko Çiaureli heykəli | |
---|---|
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi |
Heykəltaraş | Levan Vardosanidze |
Tikilib | 2009 |
Material | bürünc |
Saxlanıldığı yer | Sioni bağı |
Heykəltəraş Levan Vardosanidze tərəfindən hazırlanmış heykəlin açılışı 2009-cu ildə olmuşdur. 2014-cü ildə abidə vandalların hücumuna məruz qalmış və bürünc fiqurların bir neçəsi oğurlanmışdır.[1][2][3]
Abidənin mərkəzində yerləşən Çiaurelinin bürünc büstü, aktrisanın “Narın rəngi” (rejissor Sergey Paracanov) filmindəki obrazı əsasında hazırlansa da[4], “Dilək ağacı” filmindən Fufala, “Veri məhəlləsinin melodiyası” filmindən paltaryuyan Vardo, “Həyətdə qızğın it var” tamaşasından küçə uşağı və kintauri rəqqas obrazları ilə tamamlanmışdır.