Sioni bağı (gürc. სიონის სკვერი) – Tbilisidə yerləşən şəhər bağıdır. Bağ, şəhərin Qədim Tbilisi rayonunda, Kote Abxazi, Sioni küçələri və Çarevna Tekle karvansarası arasında, Sioni kafedralının yaxınlığında yerləşir.[1]
Sioni bağı | |
---|---|
gürc. სიონის სკვერი | |
| |
Məlumatlar | |
Parkın tipi | şəhər bağı |
Ölkə | |
Yerləşməsi | Tbilisi, Gürcüstan |
Xəritədə yeri | |
Bağ adını yaxınlıqda yerləşən tarixi Sioni kafedralının adınadan almışdır.
Parkda Gürcüstan aktrisası Sofiko Çiaurelinin heykəli yerləşir. Heykəl Levan Vardosanidze tərəfindən 2009-cu ildə yaradılmış[2][3][4][5] heykəl, 2014-cü ildə vandalların hücumuna məruz qalmışdır.[6][7]
Hər il may ayının sonlarında Sioni bağı və yaxınlıqdakı küçələrdə Gül festivalı keçirilir.[8][9]