Azadlıq abidəsi (gürc. თავისუფლების მონუმენტი) — daha çox Müqəddəs Georgi heykəli kimi tanınan, Tbilisinin Azadlıq meydanının mərkəzində ucaldılmış və gürcü xalqının azadlıq və müstəqilliyinə həsr edilmiş abidə.
Azadlıq abidəsi | |
---|---|
gürc. თავისუფლების მონუმენტი | |
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi, Azadlıq meydanı |
Heykəltaraş | Zurab Sereteli |
Tikilib | 2006 |
Material | qızıl, bürünc, qranit |
Vikianbarda əlaqəli mediafayllar |
2006-cı ildə Tbilisinin mərkəzi meydanında ucaldılmış abidənin müəllifi heykəltaraş Zurab Tseretelidir. Əsər, müəllifin Tbilisi şəhərinə hədiyyəsidir.
Hazırlanmasında qızıl və qranitdən istifadə edilmiş abidənin hündürlüyü 35 metrə bərabərdir.[1] Heykəl şəhərin istənilən yerindən rahatlıqla görünür. Abidə qranit sütun üzərində ucaldılmış nizə ilə əjdahanı öldürən Müqəddəs Georgi heykəlidir. Heykəlin üzünün hündürlüyü 5.6 metrə bərabərdir. Bürüncdən hazırlanmış heykəl qızılla üzlənmişdir.