Tbilisi atəşgahı (gürc. ათეშგა) – Tbilisi şəhərinin Qədim şəhər ərazisindəki Kldisubani məhəlləsində, Qomi küçəsi, 3 ünvanında yerləşən qədim dini ibadətgah.
Tbilisi atəşgahı | |
---|---|
gürc. ათეშგა | |
41°41′38″ şm. e. 44°48′34″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Qomi küçəsi, 1 |
Tikilmə tarixi | təxm. V-VII əsrlər |
Üslubu | Sasani memarlığı |
Material | kərpic |
Vəziyyəti | xarabalıqları dövrümüzə çatıb |
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ildə məbəd milli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1] Bütün dünyada ən şimalda yerləşən od məbədi olan Tbilisi atəşgahı, həm də Gürcüstan ərazisindəki yeganə od məbədidir.
Dövrümüzdə məbəd yaşayış binaları ilə əhatə olunduğuna görə, giriş çətindir.
Belə ehtimal edilir ki, hazırda Tbilisi atəşgahının yerləşdiyi ərazidə qədim dövrlərdən məbəd yerləşmiş və o, V-VII əsrlərdə farsların ərazidə hakim olduqları dövrdə inşa edilmişdir. 1720-ci ildə məbəd binasında dəyişikliklər edilərək məscidə çevrilmiş, 1735-ci ildə türklərin Tbilisidən qovumasından sonra isə bina dağıdılaraq xarabaya çevrilmişdir.
Sonrakı dövrlərdə binadan məişət məqsədləri üçün istifadə edilmişdir. Tbilisi atəşgahı dövrümüzə xarabalıq şəklində çatmışdır.
2007-ci ildə Norveçin mədəni irsin idarə olunması idarəsinin maddi vəsaiti hesabına bina qalıqlarının möhkəmləndirilməsi işləri həyata keçirilmiş və plastik dam inşa edilmişdir.