Tanrı anası Bakirə Məryəmin yüksəlişi kilsəsi (Tbilisi)

Tanrı anası Bakirə Məryəmin yüksəlişi kilsəsi (gürc. თბილისის ღვთისმშობლის ამაღლების კათოლიკური ეკლესია) – Tbilisinin Qədim şəhər rayonunda Roma-Katolik kafedralı.[1][2] Kilsə, 1993-cü ildə yaradılmış Qafqaz Latın Həvari Administrasiyasının qərargahıdır.

Tanrı anası Bakirə Məryəmin yüksəlişi kilsəsi
gürc. თბილისის ღვთისმშობლის ამაღლების კათოლიკური ეკლესია
Xəritə
41°41′34″ şm. e. 44°48′12″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyatı Roma-Katolik kilsəsi
Tikilmə tarixi 1805
Üslubu Gürcüstan memarlığı
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda kafedralın yerləşdiyi ərazidə ilk dəfə katoliklər XIII əsrdə məskunlaşmışdılar. 1240-cı ildə dominikanlar həmin ərazidə monastır yaratmışlar.1328-ci ildə Vəftizçi İohanna həsr edilmiş monastır yaradılmış və Tbilisi yepiskop iqamətgahıa çevrilmiş. XVI əsrdə yepiskopluq fəaliyyətini dayandırmışdır. XVII əsrdə Gürcüstana qayıdan katoliklər Tbilisidə Müjdə kilsəsi inşa edirlər. Həmin katolik kilsəsi o zaman şəxsən çar II Teymuraza tabe idi.

Bundan sonra, katoliklər şəhərin həyatında aktiv rol oynamağa başlayırlar. Lakin, XIX əsrin əvvəllərində artıq katoliklərin şəhərdə ibadətah yox idi. Buna görə də, 1804-cü ildə Tbilisi prefekti Françesko Paduel şəhər katoliklərinə kilsə tikməyə icazə verilməsi üçün imperator I Aleksandra müraciət edir. İmperatorun razılığından sonra kostyolun tikintisinə başlanılır. Tikinti işləri 1805–1808-ci illərdə keşiş Filipo Foranianın layihəsi əsasında davam etdirilir.

1937-ci ildə SSRİ hakimiyyəti kostyolu bağlayır və ibadətlərə xitam verilir. 1999-cu ildə Roma Papası II İohann Pavelin Tbilisiyə səfəri zamanı kostyol yenidən itfah edilir və fəaliyyətə başlayır.[3][4]

  1. Moloney, Francis J. Life of Jesus in Icons: From the "Bible of Tbilisi" (ingilis). Liturgical Press. 2008-01-01. ISBN 9780814632376. 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.
  2. "The Catholic Directory - Catholic Churches in Tbilisi, Georgia". www.thecatholicdirectory.com. 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25.04.19.
  3. Burford, Tim. Georgia (ingilis). Bradt Travel Guides. 2015-10-05. ISBN 9781841625560. 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.
  4. Guide, The Catholic Travel. "Catholic churches in the Country of Georgia". www.thecatholictravelguide.com. 2017-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]