Binələr (Ağdaş)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Binələr
40°34′42″ şm. e. 47°23′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 20 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0318
Xəritəni göstər/gizlə
Binələr xəritədə
Binələr
Binələr

BinələrAzərbaycan Respublikasının Ağdaş rayonunun Binələr kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Binələr kəndi Cüvəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Binələr kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Toponimikası

Kəndin adı keçmişdə yayı Şəki rayonunun Daşağıl və Gəldək kəndləri arasındakı Ağcaqala adlı yerdə, qışı isə Kür sahilində, Abad və Pirəzə Qaraoğlan kəndləri arasındakı ərazidə keçirmiş binələr adlı elatın adındandır. Sonralar həmin elat Muncuqlu, Qaraağac və Tava adlı yataqların ətrafında məskunlaşıb indiki kəndin əsasını qoymuşdur. Yeni salınmış yaşayış məntəqəsi də həmin elatın adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cu ildə oykonim Binəcər variantında qeydə alınmış, Kürdəmir rayonunun Padar inzibati ərazi vahidində isə Binəcik adlı kənd olmuşdur.[3]

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Şirvan düzündə yerləşir.

Əhalisi

Şəhidləri

  • Müzəffərov Məhərrəm Ağəli oğlu (1970–1992)

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
  3. Binələr (Ağdaş) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax