Dəhnəxəlil — Azərbaycan Respublikasının Ağdaş rayonunun Dəhnəxəlil kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Dəhnəxəlil kəndi Yuxarı Qolqəti kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəhnəxəlil kənd Soveti yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindəki Dəhnəxəlil kəndinin ərazisindən 239,64 ha (bundan dövlət mülkiyyətində olan 24,9 ha, bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 120,74 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir.[3]
Dəhnəxəlil | |
---|---|
40°40′45″ şm. e. 47°28′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 74 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0331 |
Oykonim dəhnə (ağız, başlanğıc) və xəlil (Şirvan zonasında geniş ərazidə yayılmış xəlilli tayfasının adından) komponentlərindən düzəlib. Turyançay Ağdaş Şəhəri yaxınlığında, Bozdağdan düzənə çıxdıqdan sonra sağa burularaq indiki yatağı ilə axır. Köhnə yatağında çayın düzənə çıxdığı yer vaxtilə Dəhnə adlanmış, oykonimin birinci komponenti də buradan yaranmışdır. Kəndin adı "dəhnədə yerləşən Xəlilli kəndi" mənasındadır.[4]
Kənd rayon mərkəzindən 7 km şimal şərqdə, Türyançayın sol sahilində, Şirvan düzündə yerləşir.
Əhalisi 1518 nəfərdir. Yerli əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir.
Əhalinin əsas məşğuliyyəti meyvəçilik və maldarlıqdır. Kənddə qafqaz xurması, heyva, gilasın müxtəlif növləri yetişdirilir. 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.[5]
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |