Ağcaqovaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağcaqovaq | |
---|---|
40°34′ şm. e. 47°14′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0327 |
Kür çayının sahilində düzənlikdədir. Oykonim "ağcaqovaq ağacı bitən yer" deməkdir. Kəndin ərazisində həqiqətən də coxlu ağcaqovaq ağacı var[2].
Kənd barədə ilk mənbələrə XIX əsrin sonunda rast gəlinir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Karxun kənd cəmiyyətinə tabe idi.[3] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qaradeyin kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonununmüvafiq olaraq Qaradeyin və Eymur kənd sovetinə daxil idi[4]. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.
Kəndin yaxınlığında Türyançay axır. Kənd Ağdaş rayon mərkəzindən 30 km, Bakıdan 265 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Malay stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 15 metr yüksəklikdə yerləşir.
1886-cı ildə kənddə 101 nəfər yaşayırdı. 1979-cu il üçün əhalisi 100 nəfər olub.
Kənddə havanın orta illik temperaturu +15,3 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.