Ərəbşəki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd.[1] Şirvan düzündədir.
Ərəbşəki | |
---|---|
40°33′40″ şm. e. 47°14′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0316 |
Keçmiş adı Qəribli olmuşdur. XIX əsrdə Nuxa qəzasında maldarlıqla məşğul olmuş, qışı Kür sahillərində, yayı isə Şəki ətrafında keçirmış ərəb mənşəli tayfaya mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[2] 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xanabad kənd cəmiyyətinə tabe idi.[3] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Qaradəin kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qaradəin kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Eymur kənd sovetinə daxil idi.[4] 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Eymur bələdiyyəsi təsis edilmişdir.
Ərəbşəki kəndi Kür çayı yaxınlığında yerləşir. Kənd Ağdaş rayon mərkəzindən 33 km, Bakıdan 267 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
1886-cı il | 1979-cu il |
---|---|
66 | ▲ 180 |
Kənddə havanın orta illik temperaturu +15,2 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.