Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun Ərəb kənd inzibati ərazi dairəsində kənd.[1] Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Ərəb | |
---|---|
40°40′36″ şm. e. 47°33′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi.[3] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi.[4] 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi.[5] 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.
Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Kənd Yuxarı Şirvan kanalının sahilində, düzənlik ərazidə, dəniz səviyyəsindən 80 metr yüksəklikdə, Ağdaş rayon mərkəzindən 15 km, Bakıdan 231 km məsafədə yerləşir. Kəndin yaxınlığında Qoşunarx kanalı axır. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
1886-cı il | 1979-cu il | 1985-ci il | 2009-cu il |
---|---|---|---|
348 | ▲ 988 | ▲ 1200 | ▲ 1493[6] |
Sovet dövründə kəndin yaxınlığında südçülük-əmtəə və qoyun fermaları yerləşirdi, kənddə səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. İndi kənd məktəbi tam orta məktəbə çevrilib.[7]
Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |