Hapıtlı (Ağdaş)

HapıtlıAzərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Hapıtlı
40°29′18″ şm. e. 47°23′33″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0336
Xəritəni göstər/gizlə
Hapıtlı xəritədə
Hapıtlı
Hapıtlı

Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Hapıt kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında Goyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı Haputlu I Məlikli, Haputlu Gideyli, Haputlu Nətəs Qacar, Haputlu Hacıhətəmli, Haputlu Mollaqasımlı kəndləri var idi.[4]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 23 km cənubda, Şirvan düzündə yerləşir.

  • Süleymanov Zaur Süleyman oğlu (1975–1994)
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  4. Hapıtlı (Ağdaş) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.