Burika yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Burika yarımadası
Yerləşməsi
8°10′00″ şm. e. 82°54′00″ q. u.
Akvatoriya Sakit okean
Ölkələr
Burika yarımadası xəritədə
Burika yarımadası
Burika yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burika (isp. Península de Burica) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın cənubunda, Panamanın qərbində yerləşən yarımada.

Coğrafiyası

Ensiz və uzunsov formaya malik yarımada Sakit okean suları ilə əhatələnmişdir. Yarımada boğazla Burika adasından ayrılır. Yarımada həm də Kosta-Rikanın ən ucqar cənub nöqtəsidir. Ən hündür nöqtəsi 257 metrdir. Yeganə ən böyük şəhəri Puerto-Amuelesdir. Şəhərin 8 200 nəfər əhalisi vardır (2005). Yerli əhali əsasən balıqçılıqla məşğul olur.

Sahiblənmə statusu

Eçandi-Fernandes anlaşması 1941-ci ilin mayında imzalanması ilə yarımada iki ölkə arasında bölünmüşdür. Nəticədə yarımadanın ⅔ Panamaya və yalnız ⅓ Kosta-Rikaya verilir. Yarımada iki ölkə arasında sərhəd olmaqla yanaşı həmdə iki saat qurşağı kəsişir.


Xarici keçidlər