Adeleyd yarımadası

Adeleyd yarımadası (ing. Adelaide Peninsula) - Kanadanın şimal-qərbində yerləşən iri yarımada. Bəzən onu Аdelaidа adlandırırlar. Yarımada Nunavut vilayətinin materik hissəsində yerləşir. Ondan qərbdə Kuin-Mod körfəzi yerləşir. Yarımadanı Kinq-Vilyam adasından Simpson boğazı (eni 3,5 km) ayırır. Şərq sahillərini isə Çanti körfəzi yuyur[1]. Cənub hisəsində Şerman körfəzi yerləşir (Sherman Basin[2]). Onun böyük hissəsi su ilə əhatələnmişdir. Dar bərzəx vastəsi ilə materikə birləşir. Yarımada ərazisində çoxlu sayda kiçik adsız göllər vardır.

Adeleyd
Yerləşməsi
68°06′ şm. e. 97°48′ q. u.HGYO
Ölkə  Kanada
Adeleyd xəritədə
Adeleyd
Adeleyd

1848-ci ildə yarımada ərazisində Con Franklin təşkil etdiyi Britaniya arktik ekspedisiyasının sonuncu nümayəndələri həlak olmuşdur.

  1. Kanada Xəritəsi SSRİ, 1988 il
  2. National Geographic. Atlas of the World (eighth edition). Canada