Butan (maddə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Butan
Ümumi
Kimyəvi formulu C4H10
Molyar kütlə 58.12 q/mol
Fiziki xassələri
Sıxlıq (0 °S-də) 0.6012 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi –138.4 °S
Qaynama nöqtəsi –0,5 °S
Öz-özünə yanma temperaturu 372 °C
Buxarın təzyiqi 207.716,25 Pa
Təsnifatı
CAS-da qeyd. nöm. 106-97-8
PubChem
SMILES CCCC
RTECS EJ4200000
ChEBI 37808
BMT nömrəsi 1011
ChemSpider

Butan (C4H10) — Alkanlar sinfindən üzvi maddə. Kimyada ad n-butanın işarələməsi üçün istifadə olunur. n-butan və onun izomeri olan izobutanın qatışığı CH(CH3)3 da eyni adı daşıyır.

Zəhərlidir və tənəffüs orqanlarına təsir göstərir.


İzomerləri

Butanın 2 izomeri var:

adı formulu formulun quruluşu ərimə temperaturu, °S qaynama temperaturu, °S
n-butan CH3–CH2–CH2–CH3 −138,3 −0,5
izobutan CH(CH3)3 −159,6 −11,7

Fiziki xassələri

Butan rəngsiz, iysiz yanan qazdır. Asanlıqla sıxılır. Suda həllolma qabiliyyəti 100 ml suda 6,1 mq-dır.

100 °C-yə yaxın temperaturda və 10 atm. təzyiqdə su ilə azotrop birləşmə əmələ gətirə bilir.