Fəttah Heydərov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fəttah Heydərov
1995 – 2020
1990 – 1995
bayraq
Naxçıvan MSSR Mədəniyyət naziri
bayraq2
1983 – 1990
Şəxsi məlumatlar
Doğum tarixi 23 fevral 1938(1938-02-23)
Doğum yeri
Vəfat tarixi 4 avqust 2020(2020-08-04) (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Sahibəxanım Heydərova
Uşağı

Təltifləri "İstiqlal" ordeni — 2018 "Şərəf" ordeni — 2013 "Şöhrət" ordeni — 2008 "Şərəf nişanı" ordeni — 1975
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəttah Səməd oğlu Heydərov (23 fevral 1938, Çeşməbasar, Naxçıvan rayonu4 avqust 2020, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri.

Həyatı

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir.

1976–1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir.

1990–1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı olmuşdur.[1] Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuş Azərbaycan Ağsaqqallar Şurasının sədri işləmişdir.

4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları

  • SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilmişdir.
  • 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şöhrət" ordeni ilə təltif edilmişdir[2]
  • 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şərəf" ordeni ilə təltif edilmişdir[3].
  • 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov "İstiqlal" ordeni ilə təltif edilmişdir[4].

Ailəsi

  • 5 övladı olmuşdur.
  • Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
  • "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun babasıdır.

İstinadlar

  1. "deputat". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-19.
  2. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.
  3. "F.S. Heydərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  4. "İlham Əliyev Milli Məclisin deputatı Fəttah Heydərova [["İstiqlal" ordeni]] təqdim edib". 2018-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-22.