Həzrət Süleymanov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Həzrət Süleymanov
bayraq
SSRİ Tədarük Nazirliyinin Azərbaycan SSR müvəkkili
bayraq2
1 may 1942 – 1953
ƏvvəlkiQənbər Bağırov
1946-cı ilədək SSRİ Xalq Tədarük Komissarlığının Azərbaycan SSR müvəkkili kimi
1940 – 1942
bayraq
Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1938 – 1940
bayraq
Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1931 – 1934
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1902(1902-05-02)
Doğum yeri
Vəfat tarixi avqust 1970 (68 yaşında)
Partiya
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d] (–1953)

Təltifləri 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
XTNS qızıl medalı

Həzrət Əbdürrəhman oğlu Süleymanov (2 may 1902, İlisu, Zaqatala dairəsiavqust 1970) — Azərbaycan-sovet dövlət xadimi, SSRİ Tədarük Nazirliyinin Azərbaycan SSR müvəkkili (1942–1953), Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi (1940–1942).

Həyatı

Həzrət Əbdürrəhman oğlu Süleymanov 1902-ci ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. 9 yaşında Bakıya gələrək natamam təhsil almışdır.[1] Əmək fəaliyyətinə 1917-ci ildə tərcüməçi olaraq başlamış, 1920-ci ildə Qax Nahiyə İnqilab Komitəsinin sədri olmuşdur. 1923-cü ildə istehlak kooperasiyası sistemində işləməyə göndərilmiş, 1931-ci ilədək Zaqatala İstehlak Cəmiyyətinin sədri olmuşdur.[2]

Həzrət Süleymanov 1931-ci ildə Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin edilmiş, 1934-cü ildə isə "Azərittifaq"ın rəyasət heyətinin üzvü seçilərək çörək ticarəti və tədarük idarələrinə başçılıq etmişdir.[2] 1938-ci ildə Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1940-cı ildə isə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi seçilmişdir.[3] 1942-ci ildən SSRİ Xalq Tədarük Komissarlığının (1946-cı ildən SSRİ Tədarük Nazirliyinin) Azərbaycan SSR müvəkkili, 1953-cü ildən isə Azərbaycan SSR kənd təsərrüfatı və tədarük nazirinin müavini vəzifələrində çalışmışdır.[2] Həzrət Süleymanov Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil almış, buranı 1953-cü ildə bitirmişdir. 1962-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.[3]

Həzrət Süleymanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı", 1-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə, bir sıra medallarla, eləcə də Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı ilə təltif edilmişdir.[3]

Həzrət Süleymanov 1970-ci ilin avqust ayında vəfat etmişdir.[3]

İstinadlar

  1. Һәзрәт Әбдүлрәһман оғлу Сүлейманов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 288.
  2. 1 2 3 Һ. Ә. Сүлејманов // Коммунист. № 201 (14502). 29 август 1970-ҹи ил. С. 4.
  3. 1 2 3 4 Həzrət Əbdürrəhman oğlu Süleymanov // İlisu. Bakı: Vətən. 2012. səh. 162.

Xarici keçidlər