Kamil bəy Səfərəliyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kamil bəy Səfərəliyev
bayraq
Bakı Şəhər Dumasının müvəqqəti sədri
bayraq2
1905 – 1907
Şəxsi məlumatlar
Doğum tarixi 1872
Vəfat tarixi 27 noyabr 1920(1920-11-27)
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti siyasətçi
Uşağı

Kamil bəy Səfərəliyev (187227 noyabr 1920) ― Bakı Şəhər Dumasının müvəqqəti sədri (1905–1907), Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü.

Həyatı

Kamil bəy Səfərəliyev hərbçi idi. Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. Ordudan tərxis olunub Bakıya qayıdandan sonra əvvəl bank sahəsində çalışıb. Sonralar Bakının meri olub. Bakıda bir çox sənaye obyektlərinin, binaların, həmçinin o vaxt Mixaylov, sonradan Əzizbəyov adına xəstəxananın tikintisi onun adıyla bağlıdır.

Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir.

Ailəsi

1902-ci ildə Kamil bəy Səfərəliyev Azərbaycanın daha bir tanınmış nəslindən olan Qəmər xanım Əbülfət qızı Ziyadxanova ilə ailə qurub[1]

Kövkəb Səfərəliyevanın atasıdır.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.