Məcnun Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məcnun Məmmədov
Vəzifədədir
14 aprel 2023-cü ildən
(i. e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
Əvvəlkiİnam Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1983(1983-09-15) (40 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Məcnun Qadir oğlu Məmmədov (15 sentyabr 1983, Mincivan, Zəngilan rayonu) — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2023-cü ildən).

Həyatı

Məcnun Məmmədov 1983-cü ili sentyabrın 15-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.[1] O 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr təhsili almışdır.[2][3]

2017-ci ildə ABŞ-də aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olmuşdur.[2][3]

Karyerası

Məcnun Məmmədov əmək fəaliyyətinə "AER" MMC-də başlayıb. 2010–2011-ci illərdə həmin qurumun direktoru olub. Daha sonra 2011–2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb.[2][4]

Məcnun Məmmədov həmçinin "Modern Group", "Deloitte", "ABN AMRO Bank Kazakhstan" şirkətlərində müxtəlif vəzifələri icra edib.[2][5]

2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub.

14 aprel 2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir.[6]

İstinadlar

  1. "Məcnun Məmmədov". www.agro.gov.az (az.). 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
  2. 1 2 3 4 "Ona 8 ay əvvəl "Məcnun 5 il sonra özünü harada görür?" sualı verilmişdi – VİDEO". marja.az (az.). 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  3. 1 2 "Prezident yeni kənd təsərrüfatı naziri təyin edib". Report İnformasiya Agentliyi (az.). 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  4. "Yeni kənd təsərrüfatı naziri təyin edilən Məcnun Məmmədov kimdir?" (ingilis). 2023-04-14. 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  5. "Yeni nazir kimdir? — Dosye". Qafqazinfo (az.). 2023-04-14. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
  6. "M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.