Mehrablı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mehrablı
39°53′55″ şm. e. 47°28′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 47 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mehrablı xəritədə
Mehrablı
Mehrablı

MehrablıAzərbaycan Respublikasının Ağcabədi rayonunun Mehrablı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Toponimikası

Meyrablı yaşayış məntəqəsini əfşar tayfasının mehrablı tirəsinə mənsub olan ailələr burada məskən saldığına görə kənd belə adlandırılmışdır. Qaradolaq tayfalarının da mehrablı adlı qolu vardır. Mehrab sözünü şəxs adı kimi də əlaqələndirənlər vardır. Mehrab sözü ərəbcə "ibadətgah" anlamı daşıyır. Adətən məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətində) divarda düzəldilən və qarşısında namaz qılınan oyuq və ya taxçaya mehrab deyirlər. Yarımdairəvi, bəzən isə düzbucaqlı formada olan mehrab yarımkümbəzlə tamamlanır, mərmər, yaş suvaq, gəc, ağac üzərində oyma ornamentlərlə inkrustasiya, divar rəsmi, dekorativ yarımsütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən oyma ornamentli ağacdan mehrablar da var. Mehrab sözünün məcazi mənada "üz çevriləcək yer" anlamı da var.[3]

Əhalisi

Mehrablı kəndinin əhalisinin sayı 1395 (2007-ci il üçün)nəfərdir.

İqtisadiyyatı

Əhali əsasən pambıqçılıq, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur. Kənddə ticarət-iaşə obyektləri və s.var.

Mədəniyyəti

Kənddə klub mövcuddur.

Təhsil

Kənddə orta məktəb fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi var.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. Nazim Tapdıqoğlu. Ağcabədi Ensiklopediyası. Bakı.2007

Həmçinin bax