Rəncbərlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Rəncbərlər kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Rəncbərlər kəndi Hüsülü kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Rəncbərlər kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Rəncbərlər | |
---|---|
40°03′10″ şm. e. 47°17′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 67 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0416 |
Rəncbərlər yaşayış məntəqəsinin ilk sakinləri, Hacı Ələsgər , Murtuz bəy, Səlim bəy və Həmid bəyin torpaqlarında işləyən və mənşəcə kəbirli tayfasına mənsub olan rəncbərlər olduğu üçün o, belə adlanmışdır. XV–XIX əsrlərdə İran, Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) kəndli kateqoriyası olan rəncbərlər feodaldan torpaq, su, toxum, iş heyvanı və s.alır, əvəzində məhsulun müəyyən hissəsini ona verirdilər. Bəzi xanlıqlarda ancaq mülkədarın şəxsi təsərrüfatında çalışanlar rəncbərlər adlanırdı. Rəiyyətdən fərqli olaraq kənd icmasına daxil olmayan rəncbərlər torpağa yox, şəxsən sahibkara təhkim idi. Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra, 1845-ci il fərmanına əsasən, rəncbərlər təhkimli kəndli kateqoriyasına daxil edildilər. Rəncbərlər "cütcü, əkinçi", "sahibkardan şəxsi asılı olan kəndli" mənasındadır. Hacıqabul rayonunda da Rəncbər kəndi vardır. Vaxtilə İrəvan xanlığının Zəngibasar mahalında Rəncbər adlı kənd mövcud idi.[3]
Əhalisinin sayı 2141 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kəndin əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Kəndin kəbirli, qızıllılar, seyid məhəmmədağalılar, kəlbədərkahlılar, qurbanlılar, qazaxlılar, bayramlılar, ismayıluşağılar, əsgərlilər, şüşəməmmmədlilər, seyidlər və başqa tayfa tirələri var.[3]
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |