Salmanbəyli

SalmanbəyliAzərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Salmanbəyli kəndi Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salmanbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Salmanbəyli
39°58′50″ şm. e. 47°22′40″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1928
Sahəsi
  • 12,7 km²
Mərkəzin hündürlüyü 55 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.318 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0427
Xəritəni göstər/gizlə
Salmanbəyli xəritədə
Salmanbəyli
Salmanbəyli

Kəndin keçmiş adı Kəbirli (digər mənbələrdə Barak[3]) olmuşdur. Burada yaşayan əhali sırf Kəbirli tayfasına mənsubdur. Kəndin adını daşıyan Salman bəy Əlibəyov isə Müsəlman Sosial-Demokrat Hümmət təşkilatının Şuşa qəzasının fəal üzvlərndən biri olmuş, 1927-ci ildə Sovet hakimiyyətinin düşmənləri tərəfindən öldürülmüşdür.

Kənd 1928-ci ildən başlayaraq yaranmışdır.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]
  1. Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidə kompleksi
  2. 416-cı milli atıcı diviziyanın Taqanroq uğrunda həlak olan əsgəri Ənnağı Bünyadovun büstü
  3. Qarabağ müharibəsi şəhidi Əlfi Məmmədovun büstü
  4. Qalatəpə arxeoloji mədəniyyəti
  5. Üçtəpə kurqanları
  6. Xantəpə kurqanları
  7. Govurarx kanalı

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Salmanbəyli kəndinin ərazisi 12.7 km², kəndin dəniz səviyyəsindən hündürlüyü 31 metrdir.

Əhalisinin sayı 2425 nəfərdir (2013-cü il). Həmçinin kənddə 106 nəfər (26 ailə) məcburi köçkün məskunlaşmışdır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.[4] Kənddə 861 hektar pay torpağı, 1016 hektar dövlət torpaq fondundan götürülmüş icarə torpaqları, 48 hektar bələdiyyə torpağı vardır. 1 yanvar 2013-cü ildə kənddə 2253 baş iribuynuzlu və 8078 baş xırdabuynuzlu heyvan, həmçinin ev quşları 8453 ədəd, 60 ədəd arı ailəsi olmuşdur.[5] Kənddə 1 Sudan İstifadəedənlər Birliyi, 5 ticarət obyekti vardır.

Kənddə 1 mədəniyyət evi, 1 kənd kitabxanası, 1 poçt şöbəsi, 1 elektron ATS mövcuddur.

Kənddə 1 tam orta məktəb və 1 uşaq baxçası fəaliyyət göstərir.

Kənddə "Heydər" məscidi dini icması fəaliyyət göstərir[6].

Kənddə 1 həkim məntəqəsi, 1 aptek, 1 baytarlıq apteki mövcuddur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. "Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  4. "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  5. Süleyman Kəbirli. Tarixi mahal-kəbirli eli. Bakı: 2013, səh.99
  6. MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]