Aşağı Avşar

Aşağı AvşarAzərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Aşağı Avşar
40°02′46″ şm. e. 47°25′02″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Avşar xəritədə
Aşağı Avşar
Aşağı Avşar

Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır.

Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisi 9.0 kv.km-dir.

Əhalisi 1756 nəfərdir (2009).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  4. "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.