Təzəkənd (Ağcabədi)

TəzəkəndAzərbaycan Respublikasının Ağcabədi rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsindı kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Təzəkənd kəndi Hüsülü kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Təzəkənd
40°06′08″ şm. e. 47°19′27″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1930
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.499 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0430
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

Kənddə 36 ədəd mis dirhəmdən ibarət sikkə dəfinəsi (NF 28016 – 28027; 8836 – 8859) aşkarlanmışdır. Numizmatik təyinatına əsasən, orta çəkisi 7 – 9 q olan belə dirhəmlər V Azərbaycan atabəyi Özbəyin (hicri 607–622-miladi 1210–1225-ci illər) dövründə zərb edilmişdir. Həmin sikkələrin bəziləri yazıları aydın bilinməklə (12 ədəd), digərləri isə (24 ədəd) səliqəsiz möhürlərlə zərb edilmişdir.[3]

Təzəkənd dəfinəsindəki Azərbaycan atabəyi Özbəyin dövrünə aid sikkələrə həkk edilmiş iki, bəzən üçdişli yaba, yay və xəncər təsvirləri dövrün hərb tarixi barədə məlumat verir. Belə sikkələrin bəzilərində aydın görünən yazılara əsasən hökmdar Özbəyin və atasının adları (Uzbək bin Muhəmməd), şərəfli və uca titulları (əzəmətli atabəy, dinin Günəşi; məlik, haciblərin əmiri), həmçinin Abbasi xəlifəsi ən-Nasirin adı və titulu (əmirəl muminin ən-Nasir lidinillah; 1180 – 1225), zərb tarixi sözlərlə (hicri tarixə müvafiq) həkk edilmişdir. Bu Abbasi xəlifəsinin adı həm də Şirvanşah I Gərşasbla (1205–1225) birgə dövrün mis felslərində (2 – 4 q) nəzərə çarpır.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. 1 2 Mammadova, Aygun. "Quba rayonunun Çiləgir sikkə dəfinəsi XII – XIII əsrlərin pul təsərrüfatını açıqlayır". Scientific Bulletin. 3. 2021: 47–51. doi:10.54414/gedh7438. ISSN 2789-4606.