Şahsevən (Ağcabədi)

ŞahsevənAzərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən kənd inzibati ərazi dairəsində kənd.[1]

Kənd
Şahsevən
40°01′05″ şm. e. 47°15′31″ ş. u.
Ölkə
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 103 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi
  • 399 nəf. (2009)
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0435
Xəritəni göstər/gizlə
Şahsevən xəritədə
Şahsevən
Şahsevən

XIX əsrin sonlarında Ağcabədi rayonunun Şahsevən kəndindən köçmüş Abdulla adlı şəxs Kəlbəcər rayonunun — Mozçayın sol sahilində, dağ ətəyi ərazidə iki binə salmışdır. XX əsrin əvvəllərində də Cavanşir qəzasında Böyük və Kicik Abdullauşağı adlı iki binə adı qeydə alınmışdır. Rayonun Çobangərəkməz kəndi yaxınlığında bir yurd yeri indi də Abdulla yurdu adlanır[2].

İran şahı I Abbas (1589–1629) hakimiyyətə gəldikdən sonra (XYII əsr) Qızılbaş tayfalarının müqavimətini qırmaq üçün "şahın (yəni özünün) mübarək başını sevənlər şah ətrafında toprlaşsınlar" fikrini irəli sürmüş, nəticədə Azərbaycanın həm şimalında, həm cənubunda yaşayan bir sıra ellər birləşərk Şahsevən tayfa ittifaqını yaratmışlar. Şimali Azərbaycan ərazisində Afşar, Qacar və Cavanşir tayfaları da şahsevən olmuşlar. Əvvəlcə bu ittifaq (Arxcanbəy və onun qardaşları) Qocabəy və Bəndəlibəy başçılıq etmişlər. Bir sıra qollardan və tirələrdən ibarət şahsevənlər Azərbaycanın hər iki hissəsində maldar həyat keçirmişlər.[3]

http://www.agcabedi-ih

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 10
  3. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri. Bakı,2005