Şotlanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şərəfxanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi vahidinin Şotlanlı kəndi Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]
Şotlanlı | |
---|---|
40°02′50″ şm. e. 47°10′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0433 |
Şotlanlı oykonimini hunların varisi olan qədim türk mənşəli şot-şatı etnonimi ilə əlaqələndirən tədqiqatçılar vardır. Toponimin tərkibindəki -lan komponenti "məskən", "yurd" mənasındadır, -lı səkilçisi mənsubluq bildirir. Şotlanlı toponimini "dəvəli" yozumu ilə izah edənlər var.[3]
Bəzi tədqiqatçılar isə Şotlanlı oykonimini səhvən kürd mənşəli şotlanlı tayfasının adı ilə bağlayırlar. Onlar bunu 1828-ci ildə imzalanmış "Türkmənçay" müqaviləsindən sonra Zilanlı tayfası ilə birlikdə Cənubi Azərbaycandan gəlmiş şotlanlıların əvvəlcə Zəngəzurda yaşamaları, XIX əsrin ortalarında isə onların bir hissəsinin Cahangir xanın başçılığı ilə Qarabağa (Ağdam və Ağcabədi rayonları ərazilərinə) gələrək burada yaşamaları ilə əsaslandırırlar.[3]
Kəndin əsgəruşağı nəsli, bayramuşağılar, davudlular, şirinlilər, əliuşağılar, məcnunuşağılar, misirağlılar və başqa tayfaları vardır.
Kənd rayon mərkəzindən 28 km məsafədə, düzənlik ərazidə yerləşir.
Əhalisinin sayı 286 nəfərdir (01.01.2007-ci il üçün).
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və pambıqçılıq təşkil edir.
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |