Mirzəhaqverdili — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Arazbarı kənd inzibati ərazi vahidinin Mirzəhaqverdili kəndi Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2]
Mirzəhaqverdili | |
---|---|
39°58′55″ şm. e. 47°06′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 195 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0412 |
Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin (1870–1933) mənsub olduğu nəslin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin başçısı Mirzə Haqverdi olmuşdur. Kənd həmin şəxsin adi ilə adlandırılmışdır.
Kənd Qarabağ düzündə yerləşir.
Cəbhə xəttinə çox yaxın olan kəndin təsərrüfatına Qarabağ müharibəsi nəticəsində ciddi ziyan dəymişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
2011-ci ilin iyun ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[3][4]
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |