Qabil Orucəliyev
Qabil Orucəliyev | |
---|---|
Qabil Əbdüləli oğlu Orucəliyev | |
Şəxsi məlumatlar | |
Doğum adı | Qabil Əbdüləli oğlu Orucəliyev |
Doğum tarixi | 15 sentyabr 1991 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 2016 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Leytenant |
Təltifləri |
Qabil Əbdüləli oğlu Orucəliyev (15 sentyabr 1991, Naxçıvan – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Həyatı
Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl, 29 mart günündən oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu, (Qabil Qabil oğlu Orucəliyev).
Hərbi xidməti
Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
İstinadlar
- 15 sentyabrda doğulanlar
- 1991-ci ildə doğulanlar
- Naxçıvanda doğulanlar
- 2 apreldə vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 24 yaşında vəfat edənlər
- Azərbaycanda vəfat edənlər
- Naxçıvanda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin leytenantları
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Aprel döyüşlərində həlak olanlar
- "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər