Xəyyam Mirzəzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xəyyam Mirzəzadə
Xəyyam Hadı oğlu Mirzəzadə
Ümumi məlumatlar
Doğum tarixi 5 oktyabr 1935(1935-10-05)
Doğum yeri
Vəfat tarixi 30 iyul 2018(2018-07-30) (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Fəaliyyət illəri 1950–2018
Musiqi aləti piano
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1976 Azərbaycan SSR Dövlət mükafatı — 1986 Azərbaycan LKGİ mükafatı — 1970 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015
"Şərəf" ordeni — 2010 "Şöhrət" ordeni — 2000

Xəyyam Mirzəzadə (5 oktyabr 1935, Bakı30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986).

Həyatı

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.[1]

Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.[2]

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" adlı sənədli film çəkilmişdir.[4]

Təltif və mükafatları

Əsərləri

Baletləri

Kamera orkestri üçün

  • Musiqi (1964)
  • Üç xoreoqrafik şəkil (1969)

Simfonik orkestr üçün

  • I Simfoniya (1957)
  • II Simfoniya (Triptix, 1970)
  • Kiçik lirik süita (1963)
  • Oçerklər-63 simfonik poema (1963)
  • "Muğan çöllərində" süitası (1967)

Xor, solist və simfonik orkestr üçün

  • "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
  • Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə

Ağac nəfəs alətləri üçün

  • Sekstet (1962)

Mis nəfəs alətləri üçün

  • Kvartet (1970)

Simli kvartet üçün

  • I Kvartet (1956)
  • II Kvartet (1961)
  • Dörd miniatür (1958)
  • Noraşen rəqsləri (1972)

Violin və fortepiano üçün

  • Sonatina (1950)
  • Poema vä sketso (1952)

Filmoqrafiya

Həmçinin bax

İstinadlar

  1. Solmaz Qasımova — Xəyyam Mirzəzadə haqqda məqalə Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine sayt Musiqi Dünyası Arxivləşdirilib 2014-06-25 at the Wayback Machine
  2. "LentAz Xəyyam Mirzəzadə: "Azərbaycan bəstəkarlıq məktəbi yoxdur"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
  3. "Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib" (Azerbaijani). xezerxeber.az. 30 İyul 2018. İstifadə tarixi: 30 İyul 2018.
  4. Ələsgərli, K. Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75: [Bəstəkar Xəyyam Mirzəzadəyə həsr olunmuş sənədli film haqqında] //Qobustan: sənət toplusu. — 2011.- № 2.- S.76–78.
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  6. "X.H.Mirzəzadənin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2 oktyabr 2015. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.

Xarici keçidlər