Yuxarı Nemətabad

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yuxarı Nemətabad
40°42′47″ şm. e. 47°18′16″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdaş rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 653 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0334[1]
Xəritəni göstər/gizlə
Yuxarı Nemətabad xəritədə
Yuxarı Nemətabad
Yuxarı Nemətabad

Yuxarı NemətabadAzərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd.[2]

Kəndin bünövrəsinin 1170-ci ildə qoyulduğu guman edilir. Sonralar Nemətabad (indiki Yuxarı Nemətabad) kəndindən köçmüş ailələr eyni adlı bir kən salmış və bu yaşayış məntəqəsi Aşağı Nemətabad adlandırılmışdır. Yuxarı və aşağı sözləri kəndin coğrafi mövqeyini göstərir. Əvvəllər bu kənd övliya kəndi adlandırılmışdır. 12-ci əsrin 20-ci illərində islam dininin təbliği ilə əlaqədar ərəb əsilli Seyid Həsən adlı şəxs göndərilmişdir. O, bu kənddə yaşamış və böyük nüfuz sahibi olmuşdur. Seyid Həsən ağa öz xərci ilə bu əraziyə su çəkdirmiş, əhalinin suyun ətrafında yaşamağa təklif etmişdir. Seyid Həsən baba bu kənddə dünyasını dəyişmişdir.

Sonralar Sovetlər dönəmində kəndin adı "Nemətabad" adlandırılmışdır. 1910-cu il rus mənbəsində Ərəş qəzası Ağdaş birliyinin Nemətabad icmasının adı çəkilir. Nemətabad kəndi ilə bərabər Qəribli və Hacı abbaslı kəndləri də bu birliyin tərkibində olmuşdur.[3]

Kəndin ziyalıları

  • Polkovnik Abdullayev Ramiz Abdulla oğlu, Məmmədov Məhəmməd Qnyaz oğlu, Babayev Həsən İlham oğlu,
  • Mayor Əhmədov Şöhrət Abuzər oğlu, Məmmədov Fəzail Ədil oğlu,
  • Alim Hacıyev Mehman Baloğlan oğlu,
  • Kiçik elmi işçi Quliyeva Sevinc Qüdrət qızı,
  • Şairə Abbasova Kifayət İsmayıl qızı

Şəhidləri

  • Hüseynov İsrafil Hümbət oğlu (1960–1992)
  • Yunusov Yunus Şəmi oğlu (1968–1993)
  • Nəbiyev Nəriman Hümbət oğlu (1957–1993)
  • Mikayılov Fərhad Mikayıl oğlu (1965–1994)
  • Qasımov (Osmanov) Xaqani Xanlar oğlu (1981–1999)
  • Həsənov İlham Qüvvət oğlu
  • Əzizov Qorxmaz Mirseyib oğlu

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Arxivlənmiş surət". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.