Albaniya mədəniyyəti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Albaniya mədəniyyətiAlbaniyadaalbanlar tərəfindən formalaşmış mədəniyyət.

border=none Əsas məqalə: Alban dili
border=none Əsas məqalə: Albaniya musiqisi
border=none Əsas məqalə: Albaniya ədəbiyyatı

Albaniyada teatr sənəti XIX əsrin axırlarından inkişafa başlamışdır. Milli dramaturgiyanın yaranmasında maarifpərvər yazıçılardan Sami Fraşeri, Mihal Qrameno, Fan Noli, Andon Çayupi və başqalarının rolu olmuşdur. Albaniya 1912-ci ildə milli istiqlaliyyət qazandıqdan sonra ölkədə həvəskar teatr hərəkatı genişlənmişdir. Nasist işğalı dövründə Albaniyada partizan teatrları yaradılmışdır. Bunlar əsasında 1944-cü ildə Tiranada, sonra isə başqa şəhərlərdə ilk professional teatrlar təşkil edilmişdir. Xalq hakimiyyəti qurulduqdan sonra Albaniya teatrlarında milli, rus və sovet dramaturqlarının, Vilyam Şekspir, Fridrix Şiller, Jan Batist Molyer və başqalarının əsərləri tamaşaya qoyulmağa başlanmışdır. 1960-cı illərdən teatrların repertuarına alban dramaturqlarının əsərləri ilə yanaşı, Çin yazıçılarının da pyesləri daxil edilmişdir. Bir çox alban aktyor və rejissor SSRİ-də təhsil almışdır. 1959-cu ildə Tiranada ali aktyor məktəbi yaradılmışdır.[1]

  1. Албанија. Театр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 219.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]