Nəcməddin Savalanov
Nəcməddin Savalanov | |
---|---|
Nəcməddin Akif oğlu Savalanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İmişli, Azərbaycan |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Kapitan |
Döyüşlər | Aprel döyüşləri |
Təltifləri |
Nəcməddin Akif oğlu Savalanov (d. 26 fevral 1985; İmişli, Azərbaycan — ö. 8 may 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı). 2016-cı ildə Aprel döyüşləri zamanı yaralansada, may ayında şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Həyatı Haqqında[redaktə | mənbəni redaktə et]
Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi.
Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Xatirəsi[redaktə | mənbəni redaktə et]
2017-ci ildə haqqında "Şəhidliyə aparan yol" adlı film çəkilmişdir.[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Abasov, C. "Şəhidliyə aparan yol" filminin təqdimatı keçirilib: Ekran işi aprel döyüşlərində qəhrəmanlıq göstərən şəhid Nəcməddin Savalanova həsr olunub //525-ci qəzet.- 2017.- 19 yanvar.- S.3.
- 26 fevralda doğulanlar
- 1985-ci ildə doğulanlar
- 31 yaşında vəfat edənlər
- 8 mayda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- İmişlidə dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin kapitanları
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Aprel döyüşlərində həlak olanlar
- İmişli rayonunda doğulanlar
- "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- Bakıda vəfat edənlər
- İmişli rayonunda dəfn olunanlar